Çin dizel ixracını məhdudlaşdırmağı planlaşdırır

06.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin dövlətə məxsus neft emalı zavodlarının məhdud ehtiyatlar və ixrac gəlirliliyinin zəifləməsi səbəbindən noyabr ayında dizel yanacağı ixracını azaltması gözlənilir.

Banco.az xəbər verir ki, Energy Aspects konsaltinq şirkəti Çinin noyabr ayı üzrə dizel ixracı proqnozunu 400 min ton azaldaraq 580 min tona endirib.

Bununla belə, şirkət daxili tələbatın zəifləməsi halında ixrac məhdudiyyətlərinin yumşaldıla biləcəyini istisna etmir. Proqnoza görə, noyabrın ortalarından etibarən ölkə daxilində dizelə tələbatın azalması ixrac həcmlərinin yenidən artırılmasına şərait yarada bilər.

Qeyd edək ki, Çin ötən ay neft emalı zavodlarına əlavə yanacaq ixrac kvotaları ayırıb. Bununla da ilin əvvəlindən verilən ümumi kvotalar 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Energy Aspects benzin və aviasiya yanacağı üzrə ixrac proqnozlarını isə dəyişməyib. Şirkət noyabrda benzin ixracını 780 min ton, reaktiv yanacaq ixracını isə 2,21 milyon ton səviyyəsində qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью