Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı Çinin Birləşmiş Ştatlara iki panda təhvil verəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti xəbər yayıb.
"Nəhəng panda Çin və Amerika xalqları arasında dostluq rəmzi rolunu oynayır. Sizə yaxşı bir xəbərim var: cəmi bir neçə gündən sonra iki panda – Pin Pin və Fu Şuan Atlanta zooparkındakı yeni evlərinə gələcək və amerikalılarla görüşəcəklər", — deyə Çin Sədri qeyd edib.
Görüş zamanı Si Cinpin həmçinin vurğulayıb ki, ÇXR və ABŞ dialoqu qorumalı, böhranlı kommunikasiya mexanizmlərini təkmilləşdirməli və qarşıdurmadan qaçmalıdırlar.
Bizim.Media