Çin dövləti İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün vasitəçilik etdi Video

09.06.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İran İslam Cümhuriyyəti müxtəlif dini qruplardan təşkil olunub. Onların hərəsi dini bir cür təfsir edirlər. Eyni zamanda onlar ölkənin iqtisadiyyatını da ələ keçiriblər. Hər qrup bir hissəsini öz nəzarətində saxlayıb. Bu şəkildə öz mənafelərini müdafiə edirlər. İran hakimiyyəti normal bir siyasət apara bilmək üçün bu mafiya qruplarını hakimiyyətdən kənarlaşdırmalıdır. Hakimiyyət elə onların özüdür. İstəmirlər ki, İran İslam Cümhuriyyəti dağılsın".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran İslam Cümhuriyyətində irqçilik çox ciddi şəkildə artır və İranda hakimiyyətin içində olan mafioz qrupların bəziləri antitürk, bəziləri antiərəb, bəziləri antiyəhudi mövqedədirlər. Şərhçi qeyd edib ki, bu qruplar hər üç millətə qarşı ciddi şəkildə ziddiyyətli davranış sərgiləyirlər və bununla fəxr edirlər.

Maşallah Rəzmi

“Çin dövləti İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün vasitəçilik etdi. Bəzi qruplar Ərəbistan səfirliyinə hücum etmişdilər, Tehranda və Məşəddə konsulluqları yandırmışdılar, narazılıq edirdilər. Çünki onlara deyirlirdi ki, "İran şiədir və Ərəbistan sünni, vəhabidir. Əgər onlar bir-biri ilə barışsalar bu şiənin zərərinə olar". Dünyada 90 faiz müsəlman sünnidir”-deyə Maşallah Rəzmi qeyd edib.

Güneyli siyasi şərhçi Maşallah Rəzminin İranın xarici siyasəti ilə bağlı şərhini tam versiyada Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью