Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Çin dünyanın bölüşdürülməsinə maraqlı deyil.
“Cebheinfo.az”-ın məlumatına görə, Çin mediası noyabrı 19-da Şenjen şəhərində üç dövlətin liderinin görüşünün nəticəsini şərh edərək bel yazıb.
“ABŞ və Rusiyaya bölünmüş dünya faydalı ola bilər, amma Çinə vahid dünya lazımdır”.
Qeyd edək ki, Çinin vahid dünya strategiyası Pekinin müxtəlif regionların ABŞ, Rusiya və digər güc mərkəzləri arasında təsir zonasına bölünməsini inkar etdiyini göstərir. Görünür, dünyanın bölüşdürülməsi siyasətini Çin özünün iqtisadi təsirinin yayılmasına zidd hesab edir. Bu isə Si Tszinpin, Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlarda dünyanın yenidən bölüşdürüldüyünə dair məlumatların həqiqətə uyğun olmadığını, yəni tərəflərin bu məsələdə fərqli maraqlardan çxıış etdiyini təsdiq edir.
Müşfiq Abdulla
“Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin