Çin dünyanın ən böyük PUA sını nümayiş etdirib

14.12.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Çin ilk dəfə olaraq dünyanın ən böyük pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bloomberg” agentliyinin məlumatına əsasən, “Tszyutan” (“Jiutian SS-UAV”) ağır PUA-sı ilk uçuşunu uğurla başa çatdırıb.

PUA-nın qanad uzunluğu 16 metrdən çoxdur. Maksimum uçuş kütləsi 16 ton, yükdaşıma qabiliyyəti isə 6 tondur. “Tszyutan” 12 saata qədər avtonom işləyə, 7 000 km məsafə qət edə bilər, maksimal uçuş hündürlüyü 15 000 metrdir.

PUA 100-dən çox dron və ya kiçik raketin buraxılması üçün nəzərdə tutulub.

O, müxtəlif tapşırıqlar üçün istifadə edilə bilər: ucqar bölgələrə ağır yüklərin dəqiq çatdırılması, fövqəladə rabitənin bərpası, təbii fəlakətlər zamanı yardım göstərilməsi, coğrafi çəkiliş xidmətləri, fəlakət zamanı vəziyyətin qiymətləndirilməsi və faydalı qazıntıların axtarışı.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью