Çin ən böyük yanacaqsız yük gəmisini inşa etdi

23.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin ənənəvi yanacaqdan tamamilə imtina edən dünyanın ən böyük elektrik quru yük gəmisini inşa edib.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, 23,5 meqavatt-saat batareya ilə işləyən gəmi ənənəvi yanacaqdan tamamilə imtina edib.

Bildirilib ki, 129,9 metrlik BRF Froan gəmisi Norveç sahilləri boyunca mərmər daşımaq üçün nəzərdə tutulub. 13 250 ton yükdaşıma qabiliyyətinə malik gəmi Çinin "Jiangsu SOHO Marine Heavy Industry" şirkəti tərəfindən Norveçin "Berge Rederi" şirkəti üçün inşa edilib.

Gəmi batareya ilə işləyən elektrik mühərriklə və iki rotorlu yelkənlə təchiz olunub. Bu sistem hər səfərdə təxminən 339 kilovat enerjiyə qənaət etməyə imkan verəcək. Gəmidə həmçinin elektrik ekskavatoru və təxminən 1000 kvadratmetr sahəni əhatə edən lyuklarda günəş panelləri quraşdırılacaq.

"BRF Froan" 5 illik müqavilə çərçivəsində 425 kilometr məsafə qət edəcək. 

Layihənin əsas məqsədi zərərli tullantıları azaltmaqdır. Tək bir gəminin karbon qazı tullantılarını 9 000 ton, azot oksidlərini isə 200 ton azaldacağı gözlənilir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью