Çin eyni raketlə orbitə 13 peyk göndərib

04.07.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 4 iyul, AZƏRTAC

Çin modifikasiya edilmiş “Uzun yürüş-6” daşıyıcı raketi ilə orbitə 13 peyk göndərib.

AZƏRTAC xəbər verir ki, raket Pekin vaxtı ilə saat 17:30-da Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər Çinin aşağıorbitli meqakommersiya rabitə peyk şəbəkəsinin (“Spacesail Constellation”) tərkib hissəsi kimi fəaliyyət göstərəcək. “Spacesail Constellation” qlobal müştərilərə yüksəksürətli, təhlükəsiz və etibarlı genişzolaqlı internet xidmətləri göstərir. Şirkət aşağı hündürlükdə orbitlərdə 15 mindən çox peyk yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 655-ci raket buraxılışı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью