Çin eyni raketlə orbitə 8 peyk çıxarıb

15.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 15 iyun, AZƏRTAC

Çin “Lijian-1 Y14” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb.

AZƏRTAC xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 11:44-də (Bakı vaxtı ilə 07:44) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər arasında yüksək dəqiqlikli məsafədən optik zondlama peyki (“Jixing Gaofen 07C04”) peyki də var.

Bu buraxılış “Lijian-1” daşıyıcı raket seriyasının 14-cü uçuş missiyası olub.

Qeyd edək ki, “Lijian-1” daşıyıcı raket seriyası Çin Elmlər Akademiyası nəzdindəki Mexanika İnstitutunun təsis etdiyi “CAS Space” şirkəti tərəfindən hazırlanıb. Bu növ raketlər müxtəlif sayda mikropeykləri orbitə çıxarmaq üçün dizayn edilib.

İndiyədək “Lijian-1” raketləri ilə orbitə təxminən 100 peyk göndərilib

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью