Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın F-35 qırıcısına aid komponentlər logistika şirkəti UPS əməkdaşının yükün Honq-Konq üzərindən göndərilməsinin yolverilməzliyi barədə elektron xəbərdarlığı nəzərdən qaçırmasından sonra Çinin əlinə keçib. Bu barədə Bloomberg məlumat yayıb.
Ələ keçirilən yükdə radar şüalarını udan materialla örtülmüş kokpit fənəri və silah bölməsinin qapağı olub. Mənbələrin məlumatına görə, reysin gecikməsi səbəbindən UPS əməkdaşı komponentləri səhvən Honq-Konq üzərindən yönləndirib. O, başqa İT sistemi vasitəsilə göndərilmiş ola biləcək DSV xəbərdarlığını nəzərdən qaçırıb.
Detallar Avstraliyadan ABŞ-a təmir və ya utilizasiya üçün göndərilirdi. Yük əvvəlcə Cənubi Koreyada dayanıb, daha sonra Honq-Konqa yönləndirilib. Çin hakimiyyəti komponentləri müsadirə edib.
Hadisə ilə bağlı ABŞ Konqresinin ən azı iki komitəsi, Pentaqon və Avstraliya rəsmiləri araşdırmaya başlayıb. ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatına görə, çinli mütəxəssislərin radar şüalarını udan texnologiyaların əks mühəndisliyi prosesinə artıq başlaması ehtimal olunur.
S.ELAY
XQ