Çin Futbol Assosiasiyasının keçmiş baş katibi həbs olunub

11.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.

Bu barədə Çin məhkəməsi qərar qəbul edib.

Bununla yanaşı, federasiyanın keçmiş rəsmisi L.Yin 3,6 milyon yuan (təxminən 500 min ABŞ dolları) cərimələnib.

Məhkəmənin qərarına əsasən, rüşvətxorluq ittihamları ilə bağlı qanunsuz şəkildə əldə olunmuş bütün pullar müsadirə ediləcək və dövlət xəzinəsinə veriləcək. Məhkəmədən çatışmayan məbləğin axtarışının davam etdiriləcəyi bildirilib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью