Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Çin ötən ilin sonlarında Pekin və Nankində yüzlərlə rusiyalı hərbçiyə gizli şəkildə təlim keçməyə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Reuters” bildirib.
Qeyd olunur ki, təlimlər dronlardan istifadə, radioelektron mübarizə (REM), ordu aviasiyası və motonəqliyyatlı piyada əməliyyatları kimi vacib sahələri əhatə edir.
Məlumata görə, təlim keçmiş bəzi rusiyalı hərbçilər hazırda Krım və Zaporojye bölgələrindəki döyüşlərdə iştirak edirlər.
Rusiyanın bunun müqabilində yüzlərlə çinli hərbi qulluqçuya öz hərbi obyektlərində təlim keçməyi öhdəsinə götürdüyü bildirilir.
Daha əvvəl bəzi media qurumları Çinin Rusiyada zərbə dronlarının kütləvi istehsalının qurulmasına kömək etdiyini xəbər vermişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin