Çin görünməz dronlar buraxır

13.10.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az “Militar” portalına istinadən xəbər verir ki, “Şiqatse” aerodromundan çəkilmiş peyk görüntüləri bunu sübut edir.
“Planet Labs” onlayn arxivindən bir sıra şəkillər avqustun 6-dan sentyabrın 5-dək Tibet Muxtar rayonundakı “Şiqatse-Pei” aviabazasında ən azı üç “GJ-11” PUA-sını göstərdi.
“İki pilotsuz təyyarə boz rəngə boyanıb, digəri isə sınaq prototiplərinə xas olan qırmızı-qəhvəyi qoruyucu örtüyə malikdir. Eyni kadrlarda oxşar örtüklü digər hərbi təyyarələr də görünürdü. Sınaq mərhələsi ilə uzlaşan fəallıq platformanın döyüş hazırlığına yaxınlaşdığına dəlalət edə bilər”, - xəbərdə deyilir.
“GJ-11” layihəsi on ildən artıqdır ki, inkişaf etdirilir. Platformanın zərbə və kəşfiyyat missiyaları üçün nəzərdə tutulduğu, həmçinin hava-hava döyüşündə istifadə potensialının olduğu bildirilir.
Pilotsuz təyyarənin “uçan qanad” dizaynı, ABŞ-nin bu cür dizaynlarla bağlı ictimai mövqeyindən fərqli olaraq, onu Çinin gizli pilotsuz platformalara investisiyasının diqqətəlayiq nümunəsinə çevirir.
“Şiqatse” aerodromu Çinin cənub-qərb cinahında, Hindistan sərhədi yaxınlığında yerləşir ki, bura da vaxtaşırı sərhəd insidentlərinə meylli bir bölgədir. “GJ-11”-in burada yerləşdirilməsi yüksək hündürlükdə manevr taktikasını, eləcə də pilotsuz təyyarələrin pilotlu təyyarələrlə birgə əməliyyatlara inteqrasiyasını tətbiq etmək imkanı verir.

- Bir neçə “Sharp Sword (kəskin qılınc)” PUA-sının eyni vaxtda iştirakı pilotsuz təyyarələr arasında koordinasiyanı, onların peyk təyyarələri (xüsusilə “J-20”) ilə qarşılıqlı əlaqəsini və platformanın mümkün muxtariyyət səviyyəsini sınamaq imkanı yaradır”, - analitiklər vurğulayırlar.
Çin mənbələrində və qeyr-rəsmi hesabatlarda quru bazası versiyasından başqa “GJ-11H/GJ-11J/GJ-21-in dəniz variantları və ya daşıyıcıya əsaslanan törəmələrin də olduğu bildirilir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью