Çin hərbi büdcəsini kəskin artıracaq

05.03.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çin bu il ölkənin müdafiə büdcəsini 7.2% artıracaq.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Çinin Parlamentində ümumilikdə ölkənin dövlət büdcəsindən müdafiə sektoruna 245 milyard dollar həcmində vəsaitin ayrılacağı elan olunub. Pentaqondan olan və digər müstəqil hərbi ekspertlər isə, fərqli ad altında büdcə ayırımlarının olduğunu nəzərə alaraq, Çinin müdafiə büdcəsinin nəticə etibarilə, ümumilikdə 40% artırılacağını iddia edir.

Qeyd edək ki, Çin hərbi xərclərin həcminə görə, dünyada ABŞ-dən sonra ikinci yerdə qərarlaşıb və artıq dünyanın ən iri hərbi donanmasına malikdir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью