Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

14.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 14 oktyabr, AZƏRTAC

Çin ilə Şimali Koreya sərhədindən keçən Yalu çayının üzərində yeni körpü inşa edilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də istifadəyə veriləcək 3 kilometr uzunluğundakı Yeni Yalu körpüsü Çinin Dadon və Şimali Koreyanın Sinuciu şəhərlərini birləşdirəcək.

Çin-Şimali Koreya iqtisadi əməkdaşlığında önəmli inkişaf sayılan körpünün inşasına 2011-ci ildə başlanılıb. İnşaat işləri 3 il ərzində başa çatsa da, onun istifadəyə verilməsi 12 il gecikib. Medianın məlumatına görə, gecikmənin səbəbi Şimali Koreyanın öz ərazisində birləşdirici yolları, gömrük obyektlərini və sərhəd-nəzarət infrastrukturunu başa çatdırmamasıdır. Yeni dördzolaqlı körpü 1937-ci ildə inşa edilmiş və məhdud keçid qabiliyyətinə malik Çin-Koreya dostluq körpüsünə alterbnativ olacaq.

Qeyd edək ki, Çin Şimali Koreyanın ən böyük ticarət tərədaşıdır. Rəsmi məlumatlara görə, Çinin Şimali Koreyaya ixracı keçən il 25 faiz artaraq 2,3 milyard ABŞ dollarına çataraq, son 6 ilin ən yüksək səviyyəsi qeydə alıb. Bununla belə, bu rəqəm 2017-ci ildə BMT-nin sanksiyalarının sərtləşdirilməsindən əvvəlki səviyyədən hələ də xeyli aşağıdır. Körpünün istifadəyə verilməsi Şimali Koreyanın həm Çin, həm də Rusiya ilə iqtisadi əlaqələrini gücləndirmək səyləri fonunda baş verir. Sentyabrın əvvəlində Şimali Koreya ilə Rusiya arasında ilk avtomobil körpüsü istifadəyə verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью