Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Rusiya Çində uzaqmənzilli zərbə dronlarının istehsalı üzrə silah proqramını işə sa
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri məlumat yayıb. Məlumatı "24tv.ua" nəşri yayıb.
Qeyd edilir ki, müvafiq kəşfiyyat məlumatlarını Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel təqdim edib.
Avropa İttifaqının yüksək vəzifəli diplomatlarından biri bəyan edib ki, bu sübutlar "inandırıcıdır" və "ölümcül silah yardımı tədarükünü" təsdiq edir.
"İndi biz bütün mümkün tədbirləri nəzərdən keçirməliyik", - diplomat deyib. Bu zaman o, əlavə edib ki, Çinlə birbaşa danışmaq vacibdir.
Digər mənbə qeyd edib ki, Avropanın münasibəti Çinin bu məlumatlara münasibətindən asılı olacaq.
Hazırda sanksiyaların müzakirəsi erkən mərhələdədir, nəşrin həmsöhbətləri əlavə edib.
Bu tədbirlər yeni sanksiyaların tətbiqini nəzərdə tutur, buraya Çin şirkətləri ilə biznes aparılmasına qadağa qoyulması, aktivlərin dindurulması və ayrı-ayrı Çin vətəndaşlarına girişin qadağan edilməsi daxildir.