Çin insan üzlərini icarəyə verir

03.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Çində insan üzlərinin kirayəsi bazarı yaranıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, tək bir əməliyyat 700 dollara qədər gəlir gətirir.
Öz üzlərinə aid hüquqları aktyorlarla yanaşı, digər peşə sahibləri, eləcə də, tələbələr və təqaüdçülər də sata bilərlər.
Biometrik məlumatlarını platformaya yükləməklə onlar üzlərinin rəqəmsal personajlarda, reklamlarda, qısametrajlı seriallarda və digər süni intellekt layihələrində istifadəsinə razılıq vermiş olurlar.
Yeni bazarın yaranmasına səbəb Çin mikrodram sənayesinin (televiziya serialları və mini-seriallar da daxil olmaqla) süni intellektdən kütləvi şəkildə istifadə etməsidir.
Bunun üçün şəxsin foto və ya qısa videoları platformaya yüklənir. Artıq bu, neyron şəbəkələrinin rəqəmsal üz modelini qurması üçün kifayətdir və bu model daha sonra istənilən personajlara tətbiq oluna bilər.  
Teleserial rejissoru və ya kommersiya prodüseri sadəcə olaraq kataloqdan müəyyən lisenziyalı bir üz seçir və onun vasitəsi ilə məzmuna uyğun bir personaj yaradır.
Həmin şəxs çəkiliş meydançasına gəlmir, ssenari ilə tanış olmur. Ən əsası isə heç kim ondan aktyorluq bacarığı tələb etmir.
Çin mikrodram bazarı hər rübdə on minlərlə layihə istehsal edir. Əlbəttə ki, bu cür həcmli filmləri idarə etmək üçün kifayət qədər canlı aktyor yoxdur. Nəticədə, bu tamaşaçıların bütün personajların eyni və ya qeyri-təbii görünməsindən şikayətlənməsinə səbəb olur.
Çində hər üz nüsxəsi üçün təxminən 15 dollardan 700 dollara qədər təklif olunur. Bu qiymətlər üzlərini lisenziyalaşdırmaq istəyən insanların sayından asılı olaraq da dəyişir. Ancaq milyonlarla insanın tanıdığı məşhur şəxslərin üzləri əvvəkli kimi bahalı olaraq qalır.  
“Rest of World” portalının məlumatına görə, Çin bu ilin birinci rübündə 128 000 mikrodram yayımlayıb və bu məzmunların 95 faizi süni intellektdən istifadə etməklə yaradılıb.
Bununla yanaşı, video yaratmaq üçün üzlərin qanunsuz istifadəsi ilə bağlı məhkəmə iddialarının sayı da artır. Belə ki, son üç ildə Quançjouda məhkəmə təxminən 700 belə işə baxıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью