Çin insanabənzər robotlarda bum görür… | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinli avtomobil istehsalçıları kütləvi şəkildə insanabənzər robotların yaradılmasına keçiblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə MIT Technology Review jurnalı məlumat yayıb.
Nəşrin müəlliflərinin sözlərinə görə, son illərdə elektromobil istehsalçıları insanabənzər robotlar sahəsinə maraq göstərməyə başlayıblar.
Digərləri arasında BYD və XPeng korporasiyaları ilk modellərini təqdim etdilər.
…GAC Group avtomobillərin yığılmasına kömək edən GoMate robotunu buraxıb.
…Nio startapı insanabənzər robotların hazırlanması üçün UBTech ilə razılığa gəlib.
Shenzhen New Strategy Media-nın hesabatında, 2024-cü ildə dünyada 160 insanabənzər robot istehsalçısı olduğu, onlardan 60-ı Çində, 40-a yaxını Avropada və 30-a yaxını ABŞ-da olub.
Tam oxu
Xəbəri oxu