Çin İran neftini barterlə alır

06.10.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, qərbli məmurlara istinad göstərən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, İranın neft tədarükü sxemlərində Çinin “Sinosure” sığorta şirkəti və “Chuxin” maliyyə təşkilatı iştirak edirlər.
“Ödənişlər beynəlxalq bank sistemindən yan keçməklə həyata keçirilir və vəsaitin bir hissəsi İranda infrastruktur layihələrinin reallaşdırılmasına sərf olunur. Ötən il Çin tərəfindən İranda həyata keçirilən irimiqyaslı tikinti layihələrinə neft ödənişləri şəklində təxminən 8,4 milyard dollar sərmayə qoyulub”, - xəbərdə deyilir.
Qəzetin iddiasına görə, 2000-ci illərin əvvəllərindən Pekin İran infrastrukturuna təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb və bu işlərin həcmi 2021-ci ildən etibarən əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, Tehran neft ixracından əldə etdiyi gəlirləri bilavasitə Çin mallarını almaq üçün istifadə edir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью