Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İran gömrük məlumatlarına görə, Çin bu il iyun ayının sonuna qədər İran Müdafiə Nazirliyinə dronlar və raketlər üçün ikili təyinatlı komponentlərdən ibarət təxminən 1300 hava yükü göndərib”.
“Cebheinfo.az” xəbər verir ki, “The Wall Street Journal” qəzeti belə yazıb.
Qeyd edilir ki, ABŞ və İran iyunun 17-də müvəqqəti atəşkəs barədə razılığa gəldikdən və Pekin döyüşlərin dayandırılmasına kömək etmək səylərini açıq şəkildə elan etdikdən sonra bir yük Tehrana çatıb. Göndərilən yüklər İranın dronlarında və raket idarəetmə sistemlərində istifadə edilə bilən Çinin ikili təyinatlı elektron komponentlərindən ibarət olub.
İki gün sonra dronlarda istifadə edilə bilən və dəyəri 6 milyon dollardan artıq olan ondan çox avadanlıq İrana çatdırılıb.
Hesabata görə, bu yük Çindən İrana artan uçuşların tərkib hissəsi olub. Bu, ABŞ-nin sanksiyalarını və dəniz blokadası dəniz ticarətini məhdudlaşdırdırıb, Tehrana silah proqramları üçün əsas təchizat marşrutunu təmin edib.
İran gömrük qeydlərində GPS cihazları, elektrik mühərrikləri, təyyarə mühərrik hissələri və digər ikili təyinatlı avadanlıqlardan ibarət yüklər göstərilib. Bəziləri isə İran tərəfinin rüsumdan azad etdiyi müdafiə məhsulları kimi qeyd edilib.
ABŞ sanksiyaları altında olan və Vaşinqtonun İrana pul, silah və personal daşımaqda ittiham etdiyi “Mahan Air” aviaşirkəti müharibə başladıqdan sonra Çin-İran uçuşlarını kəskin şəkildə artırıb.
Uçuş izləmə məlumatlarına görə, aprelin sonuna qədər Pekin, Şanxay və Quançjoudan Tehrana həftədə təxminən 27 reys həyata keçirilib. Bu da isə mart ayının əvvəlindəki həftədə dörd uçuşdan çoxdur. “The Wall Street Journal”-ın yazdığına görə, bu daşımalar müharibə dövründə İranın silah proqramlarını və iqtisadiyyatını qoruyub saxlamasına kömək edən Çinin geniş dəstəyinin bir hissəsidir. Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin