Çin İrana görə ABŞ və İsrailə çağırış etdi

31.03.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrail İrandakı tarixi abidələri və tarixi yerləri məhv etməyi dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq İranda UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi yerlərin dağıdılması haqda danışarkən deyib.

“Təkid edirik ki, müharibə edən tərəflər, xüsusən də ABŞ və İsrail hərbi əməliyyatları dərhal və tamamilə dayandırsın. Çin bu münaqişə zamanı tarixi yerlərin dağıdılmasından dərin kədər hissi keçirir. Hərbi əməliyyatları dərhal dayandırmaq, mümkün qədər tez dialoqa və danışıqlara başlamaq, eləcə də bu müharibəyə mümkün qədər tez son qoymaq lazımdır”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью