Çin İrana kömək edirmi? Trampın cavabı VİDEO

26.04.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinin İranla müharibədə Tehrana mümkün dəstəyi barədə danışıb.
Bizim.Media xəbər verir ki, jurnalistlər Trampa “Sizcə, Çin hazırda İrana kömək edirmi?” sualını ünvanlayıblar.
ABŞ lideri isə cavabında Çinin İrana müəyyən dəstək verə biləcəyini istisna etməyib.
 

“Ola bilsin, onlar kömək edirlər, amma məncə, çox deyil. Daha çox kömək edə bilərdilər. Mən çox da məyus deyiləm”, - deyə Tramp bildirib.


Tramp əlavə edib ki, ABŞ da başqa ölkələrə yardım göstərib.
“Biz də başqalarına kömək edirik. Ukraynaya kömək etmişik. Bunu bu qədər böyük həcmdə etmək lazım deyildi”, - deyə ABŞ Prezidenti qeyd edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью