Çin İrana kömək etməsi ilə bağlı ittihamları rədd edib

14.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin İordaniyadakı ABŞ hərbi bazasına İranın hücumunun hazırlanmasında iştirak etdiyinə dair məlumatları təkzib edib.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Jiakun bildirib.

Diplomat brifinq zamanı mediada yayılan bu iddiaları əsassız adlandıraraq Pekinin beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirdiyini vurğulayıb.

“Çin məsuliyyətli böyük dövlət kimi həmişə beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirir. Biz qəti şəkildə sübutlarla təsdiqlənməyən əsassız şübhələrə və ittihamlara qarşı çıxırıq”, – o bildirib.

Qeyd edək ki, söhbət iyulun 17-də İordaniyanın şimal-şərqindəki Muvəffəq Salti hava bazasına hücumdan gedir. Hücumda İranın ballistik raket zərbəsi nəticəsində üç amerikalı hərbçi həlak olub, dörd nəfər yaralanıb.

Daha əvvəl "The Wall Street Journal" qəzeti Amerika rəsmilərinə istinadən İranın hücumdan əvvəl və sonra guya Çin təşkilatlarından yüksək keyfiyyətli peyk görüntüləri aldığını yazıb. Nəşrin məlumatına görə, Amerika tərəfi məsələni Pekin qarşısında qaldırıb. Çin iddiaları təkzib edib və dəlil tələb edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью