Çin: İranın nüvə hüquqlarına hörmət edin

30.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın nüvə silahı hazırlamamaqla bağlı öhdəliklərinə əməl etməsi ilə yanaşı, bu ölkənin dinc nüvə hüquqlarına da hörmət göstərilməlidir.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu Çinin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Fu Kunq BMT Təhlükəsizlik Şurasının İranın nüvə məsələsinə dair iclasında çıxışı zamanı deyib.

O, İranın nüvə proqramına münasibətdə balanslı yanaşmanın vacibliyini vurğulayıb.

"Qarşı tərəfləri İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etməyə çağırıram. ABŞ İrana qarşı bir daha güc tətbiq etməyəcəyinə dair öhdəlik götürməlidir", - deyə Kunq vurğulayıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью