Çin: İranın nüvə problemi diplomatik yolla həll olunmalıdır

13.03.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuata açıqlamasında söyləyib ki, bütün tərəflər İranın nüvə proqramı ətrafında vəziyyəti gərginləşdirməmək, məsələni münaqişə səviyyəsinə çatdırmamaq üçün "təmkinli davranmalıdırlar".
"Rusiya və İranla danışıqlar kommunikasiya və koordinasiyanı gücləndirmək, dialoqu tezliklə canlandırmaq məqsədi daşıyır. Çin ümidvardır ki, tərəflər birlikdə işləyərək qarşılıqlı etimadı artıra, problemləri diplomatik yolla aradan qaldıra biləcəklər", - xanım sözçü vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью