Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Çin və Kanada arasında ikitərəfli münasibətlərdə ticarət və iqtisadi məsələlər üzrə əldə edilən razılaşmalar heç bir üçüncü tərəfə qarşı yönəlməyib”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciakun deyib.
Onun sözlərinə görə, qeyd edilən razılaşmalar qlobal sülhə və rifaha xidmət edir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Çinlə artan ticarət tərəfdaşlığına cavab olaraq Kanadadan idxal edilən bütün mallara 100 faiz tarif tətbiq etməklə hədələyib.
Pərvanə Sultanova