Çin Kanadaya sanksiya tətbiq etmək qərarı alıb

23.12.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin Xarici İşlər Nazirliyi Kanadaya sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Xalqcəbhəsi.az-ın Türkiyənin “sondakika.com” saytına istinadən xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Kanada son dönəmdə insan haqlarını pozduğu iddiası ilə çinli işçilərə qarşı sanksiyalar tətbiq edib.

M.Ning sanksiya qərarını Çinin Xarici Sanksiyalarla Mübarizə Qanunu çərçivəsində milli suverenlik, təhlükəsizlik və inkişaf maraqlarını qorumaq, eyni zamanda Çin vətəndaşları və təşkilatlarının qanuni hüquqlarını müdafiə etmək üçün qəbul etdiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью