Çin klubunun qərarı Bəhlul Mustafazadəni məyus etdi almayacaqdınsa...

26.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin komandanı tərk etmək, daha dəqiqi, legioner həyatı yaşamaq arzusu ürəyində qalıb.

“Football-plus.az”a etibarlı mənbədən verilən məlumata görə, Çin klublarından birinin müdafiəçiylə maraqlandığı haqda iddialar həqiqəti əks etdirirmiş. Sadəcə, qarşı tərəf bu yöndə ciddi addımlar atmayıb. Kəsəsi, klubun istəyi maraq səviyyəsindən o yana aşmayıb. Təklifin ciddi olmaması Bəhlulun karyerasını azı yaya qədər “Qarabağ”da davam etdirmək barədə qərar verməsiylə nəticələnib.
Mənbə onu da bildirib ki, futbolçu həqiqətən “Qarabağ”dan ayrılmaq istəyir. O, bu barədə təcrübəsinə güvəndiyi yaxınlarıyla müntəzəm məsləhətləşir, onlardan yardım istəyir. Sadəcə, bu istəyin reallaşdırılması hələ adı açıqlanmayan Çin klubunun ilkin addımlardan sonra dayanması, başqa sözlə, transferdən vaz keçməsi üzündən yaya qədər təxirə salınıb.
Xatırladaq ki, Bəhlulun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında bitəcək.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью