Icma.az bildirir, 525.az portalına istinadən.
Çinin tibb mütəxəssislərindən ibarət qrup yerli hakimiyyət orqanlarına Ebola epidemiyası ilə mübarizədə kömək etmək üçün Konqo Demokratik Respublikasına gediblər.
525.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 17 mayda Konqoda Ebola epidemiyasını “beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti" elan etməsindən sonra yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət bir qrup göndərmək qərarına gəlib.
Epidemiya ilə mübarizədə geniş təcrübəyə malik mütəxəssislər Konqo Demokratik Respublikasına göndərilən Çin tibb qrupu ilə işləyəcək və Ebola virusunun qarşısının alınmasına kömək etmək üçün yerli səhiyyə və müvafiq agentliklər ilə əməkdaşlığı gücləndirəcəklər.
Bildirilib ki, ekspert qrupunun göndərilməsi qərarı Çinin epidemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulayır, bu dəstək Konqoda Ebolanın qarşısının alınması, nəzarəti və müalicəsi potensialını gücləndirməyə kömək edəcək.
Pərvanə Sultanova