Çin Koreya maşınlarının bazarını öldürdü , Alman brendlərinə bata bilmir | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər ərzində Çin avtomobil istehsalçıları dünya bazarında sürətlə önə çıxıb və bu tendensiya Azərbaycanda da özünü göstərməkdədir.
Büdcə dostu qiymətlər, sıfır kilometrlik avtomobillər, zəmanət və müasir texnologiyalar bir çox alıcının seçimlərini dəyişib.
Xüsusilə Elantra, Cerato, Ceed, Rio kimi əvvəllər "ekonom sinifin kralı" sayılan modellər artıq köhnəlmiş seçim hesab olunur.
Bazara daxil olan Çin markaları bu seqmenti demək olar ki, tamamilə sıradan çıxarıb.
Alıcı indi eyni qiymətə daha yeni və zəmanətli Çin avtomobilini almağı üstün tutur.
Lakin maraqlıdır ki, bu dəyişiklik yalnız ekonom sinfə aiddir. Performans avtomobilləri kateqoriyasında isə vəziyyət tamamilə fərqlidir.
Yay mövsümünün gəlməsi ilə bu seqmentdə yenidən canlanma müşahidə olunur.
Tam oxu
Xəbəri oxu