Çin Koronavirusun yaranmasında ABŞ ı günahlandırır...

01.05.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Çin Dövlət Şurasının İnformasiya İdarəsi koronavirusun mənşəyində ABŞ-ı günahlandıran sənəd yayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti yazıb.

Sənəddə deyilir ki, Pekində bütün sübutlar var. Floridaya xüsusi diqqət yetirilib.

Beləliklə, Amerikanın bu əyalətində koronavirus ilk dəfə 2020-ci il martın 1-də aşkarlanıb, lakin Çin açıq mənbələrdə həmin tarixdən iki ay əvvəl COVID-19-un orada yayılmağa başladığı məlumatı tapıb.

Üstəlik, yoluxanların əksəriyyəti ölkədən kənara getməyib. Düzdür, sonradan, sənəddə deyildiyi kimi, Amerika tərəfi bu məlumatı gizlətməyə çalışıb və onun ortaya çıxmasında iştirak edənlər işdən çıxarılıb.

...Daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 virusunun Uhandakı laboratoriyadan sızdığını açıqlamışdı.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью