Çin kosmosa ilk dəfə pakistanlı astronavt göndərəcək

24.11.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çin noyabrın 25-də “Şençjou-24” pilotlu kosmik gəmisini orbitə göndərməyi planlaşdırır. Missiyada iki Çin vətəndaşı ilə yanaşı, Pakistan nümayəndəsi də iştirak edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Çinin Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsinin rəsmi nümayəndəsi Çjan Tszinbo mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, kosmik gəminin buraxılışı noyabrın 25-də Pekin vaxtı ilə saat 08:18-də (Bakı vaxtı ilə 04:18-də) həyata keçiriləcək.

Üç nəfərlik heyət Çinin şimalında yerləşən Tszyutsyuan kosmodromundan ölkənin orbital stansiyasına yola salınacaq.

Qeyd edək ki, Çinin kosmik stansiyası Yer səthindən təxminən 400 kilometr yüksəklikdə yerləşir. Stansiya daimi olaraq üç astronavt üçün nəzərdə tutulub. Heyətlərin dəyişdirilməsi zamanı isə burada qısa müddət ərzində altı nəfər qala bilər.

T formasında qurulmuş orbital kompleksin kütləsi 66 ton, daxili bölmələrinin ümumi həcmi isə 110 kubmetrdir. Stansiyada üç birləşmə qovşağı və açıq kosmosa çıxış üçün xüsusi keçid mövcuddur.

2022-ci ildən tam fəaliyyət göstərən Çin kosmik stansiyasında müxtəlif elmi tədqiqatlar, o cümlədən beynəlxalq proqramlar həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью