Çin lideri 7 ildən sonra Hindistana səfərə hazırlaşır

25.08.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az “Reuters”ə istinadən xəbər verir ki, onun sentyabr ayında Yeni Dehlidə keçiriləcək BRICS sammitində böyük bir nümayəndə heyəti ilə iştirak etməsi ehtimalı var.

Məlumata görə, Çin rəsmiləri hotel rezervasiyalarını yekunlaşdırır və təhlükəsizlik protokollarını razılaşdırırlar. Si Cinpin təxminən 400 rəsmidən ibarət nümayəndə heyəti müşayiət edəcək. Onun 2019-cu ildəki əvvəlki səfəri zamanı nümayəndə heyətinin sayı 200-dən az idi.

Səfərin proqramı və gündəliyi hələlik dəqiqləşdirilməyib. Tərəflərin sammitdən əməkdaşlığı genişləndirmək yollarını araşdırmaq, eyni zamanda sərhəd və regional təhlükəsizlik məsələləri ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarını həll etmək üçün istifadə edəcəyi gözlənilir.

Xatırladaq ki, Hindistan 12-13 sentyabr tarixlərində BRICS sammitinə ev sahibliyi edəcək. Si Cinpinin yeddi ildən sonra ilk səfəri, 2020-ci ildəki sərhəd toqquşmalarından sonra Pekin və Yeni Dehli arasında münasibətlərin istiləşməsini qeyd edəcək.

Çin Xarici İşlər Nazirliyi hazırda mümkün səfər barədə heç bir məlumata malik olmadığını bildirib. Si Cinpin 2025-ci ildə Braziliyada keçirilən əvvəlki BRICS sammitində iştirak etməyib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью