Çin lideri ABŞ ilə əməkdaşlığın genişlənəcəyinə ümid edir

07.11.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin lideri Si Cinpin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa təbrik teleqramı göndərib və Pekin və Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib. Bu barədə noyabrın 7-ə Sinxua agentliyi yazıb.

Məlumatı “İzvestiya.ru” verib. 

Agentlik Çin liderinin sözlərindən sitat gətirir: “Tarix bizə göstərir ki, Çin və ABŞ əməkdaşlıqdan qazanacaq, qarşıdurmadan uduzacaq”.

Təbrikdə, həmçinin qeyd olunub ki, sabit, sağlam və möhkəm Çin-ABŞ münasibətləri hər iki ölkənin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью