Çin lideri Azərbaycanın ŞƏT ə üzvlüyünü dəstəkləyir

31.08.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib.

AZXEBER.COM xəbər verir ki, "Report” bu barədə Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Si Cinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirib.

"Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır".

O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib.

Çin   Si Cinpin   Şanxay Əməkdaşlıq Təşkilatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью