Çin lideri dünyanı təhdid etdi: Heç kim bunu dayandıra bilməyəcək

31.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Heç kim Çin və Tayvanın birləşməsini dayandıra bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının prezidenti Si Tsinpin deyib.

O bildirib ki, Çinin yenidən birləşməsi qaçılmazdır və heç kim buna mane ola bilməyəcək.

Si Tsinpin Yeni il müraciətində deyib: “Tayvan boğazının hər iki tərəfində yaşayan soydaşlar bir ailədir. Onlar arasındakı bağların qırılması mümkün deyil. Çünki bu, qan bağlarıdır. Odur ki, Çin “bir ölkə, iki sistem” siyasətinə sadiq qalacaq”, – deyə Tsinpin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью