Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin Xalq Azadlıq Ordusunda baş verən və ölkə gündəmini zəbt edən genişmiqyaslı korrupsiya qalmaqalı davam edir.
Reyting.az xəbər verir ki, Mərkəzi Hərbi Şuranın sədr müavini vəzifəsini icra etmiş Çjan Yusya və Birləşmiş Qərargahın rəisi general Lyu Çjenli barəsində "intizam və qanunun ciddi pozulması” ittihamları ilə istintaq aparılır.
İstintaq nəticəsində silahlı qüvvələrə rəhbərlik edənlər sırasında, yəni Mərkəzi Hərbi Şurada cəmi iki üzv qalıb ki, onlardan biri də Çin lideri Si Cinpindir. Yaranmış vəziyyət ölkədəki hərbi hakimiyyətin hazırda daha geniş, eyni zamanda hərbi elita üzərində güclü səlahiyyətlərə sahib olmaqla, Çinin liderinin əlində cəmləşməsi kimi qiymətləndirilir.
Tənqidçilər bildiriblər ki, əslində, Si Cinpin korrupsiya ilə mübarizə kampaniyasından siyasi rəqiblərini kənarlaşdırmaq məqsədilə istifadə edir.
Oqtay QORÇU