Çin lideri Si Cinpin ABŞ a səfər edəcək

17.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-a səfər edəcək. Bu tarixləri Politico qəzeti açıqlayıb.

Məlumata görə, Çin lideri sentyabrın 24-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Görüşlər zamanı ticarət, Tayvan, süni intellekt, həmçinin İran və Hörmüz boğazındakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Nəşrin məlumatına görə, Si Cinpin bu səfər çərçivəsində BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək.

Qeyd edək ki, Donald Tramp may ayında dövlət səfəri ilə Çinə gedib. Səfər zamanı onu İlon Mask, Tim Kuk və Nvidia şirkətinin rəhbəri də daxil olmaqla ABŞ-ın ən iri şirkətlərinin rəhbərləri müşayiət edib. 

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью