Çin lideri Tayvanla bağlı Trampa necə təzyiq edir?

29.09.2025

Azpost saytına istinadən Icma.az xəbər verir.

Çin lideri Si Sinpin ABŞ prezidenti Donald Trampı Tayvanın müstəqilliyinə qarşı çıxmağa sövq edir.

AzPost bildirir ki, məlumatlı mənbələrin Qərb mediasına verdiyi məlumata görə, Tramp administrasiyası ilə bir illik yüksək səviyyəli əlaqənin yolunu açan Si Sinpin indi əsas məqsədini həyata keçirir: Pekin ABŞ siyasətində dəyişiklikə nail olmaqla Tayvanı təcrid etmək istəyir.

Jurnalistlərin iddiasına görə, Çin lideri amerikalı həmkarına ABŞ-ın Tayvanın müstəqilliyinə əleyhinə olduğunu rəsmən bəyan etməsi üçün təzyiq etməyi planlaşdırır.

Mənbələrin sözlərinə görə, Si Sinpin hesab edir ki, o, Pekinin iqtisadi razılıq əldə etməyə çalışdığı Trampı Tayvanla bağlı mövqeyini dəyişməyə inandıra bilər. Amerikalı həmkarları ilə danışıqlar zamanı çinli siyasi müşavirlər artıq ABŞ-ın Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmən bəyan etməsinin vacibliyini vurğulayıblar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью