Çin lideri Trampa Tayvanla bağlı xəbərdarlıq edib

19.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib.

“Stdaily.com” xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın “doğru iş görərək, ikitərəfli əlaqələrdə problemlərin qarşısını almalı” olduğunu vurğulayıb.

“Hazırda həll edilə bilməyən ixtilaflar konstruktiv şəkildə idarə olunmalıdır ki, eskalasiya baş verməsin. Çin və ABŞ əməkdaşlıq siyahısını uzatmalı, problem siyahısını isə qısaltmalıdır”, - Si Cinpin bildirib.

O, həmçinin, Vaşinqton və Pekinin süni intellektlə bağlı təhlükəsizlik risklərinə qarşı kommunikasiya və koordinasiyasının gücləndirilməsinə, bu texnologiyanın həmişə insan nəzarəti altında qalmasının təmin edilməsinə çağırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью