Çin liderindən çağırış: “Ukrayna böhranının siyasi həlli tərəfdarları birləşməlidir”

21.11.2024

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çin və Braziliya Ukrayna böhranının siyasi həlli ilə bağlı altı bəndlik konsensus yaradıblar”

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Ukrayna böhranının siyasi həlli tərəfdarlarının daha çox səsini birləşdirməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə TASS yazıb.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə birgə konfransda çıxışı zamanı Çin lideri qeyd edib ki, Çin və Braziliya Ukrayna böhranının siyasi həlli ilə bağlı altı bəndlik konsensus yaradıblar. O xatırladıb ki, bir qrup ölkə - “Dünyanın dostları” da meydana çıxıb.

“Biz sülhü müdafiə edən daha çox səsi bir araya toplamalı və Ukrayna böhranının siyasi həllinə yol açmalıyıq", - Cinpin vurğulayıb.

Bundan əvvəl Limada APEC sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşdə Si Cinpin bəyan edib ki, Pekinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi danışıqları asanlaşdırmaqdan ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью