Çin liderindən Putinə: “Əməkdaşlığımız üçüncü ölkəyə qarşı...”

31.12.2024

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin lideri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putin bir-birini Yeni il münasibəti ilə təbrik ediblər.

Globalinfo.az xəbər verir ki, Si Szinpin Putinə təbrikində Çinin Rusiya ilə əməkdaşlığının üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib. O iki ölkə arasında qarşılıqlı etimad və strateji koordinasiya məsələlərinin artıq daha yüksək səviyyəyə çıxdığını söyləyib.

Qeyd edək ki, Çinlə Rusiya arasında münasibətlər Moskvanın Ukraynada 2022-ci ildə işğalçı müharibəyə başlamasından sonra çox yüksək sürətlə inkişaf etməyə başlayıb. Moskva AB sanksiyaları fonunda karbohidrogen məhsullarının çox hissəsini Çinə yönəltməyə başlayıb.

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью