Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Toyota", "Volkswagen" və BYD ən çox satılan avtomobil markalarıdır "Çinin BYD (Build Your Dreams) markası inanılmaz sıçrayış edərək üçüncü yeri tutub..." 2024-cü ilin ən çox satılan avtomobil markaları reytinqi bir daha Yaponiyanın "Toyota" şirkətinin dünya liderliyini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Focus2Move" portalı məlumat yayıb. 2024-cü ildə "Toyota" ümumilikdə 9,09 milyon avtomobil satıb.
Beləliklə, illik müqayisədə 0,7 faiz azalma olsa da, yapon nəhəngi dünya liderliyini əminliklə qoruyub.
Müqayisə üçün, ikinci yeri tutan "Volkswagen" cəmi 4,93 milyon avtomobil sata bilib.
Çinin BYD markasının göstəricisi 3,80 milyon avtomobildir. Satışlarının 41,6 faiz artması həqiqətən təsiredici nəticə hesab oluna bilər.
Onun ardınca "Honda" və "Ford" gəlir ki, bu markaların satışlarında müəyyən eniş müşahidə edilib.
Ümumilikdə TOP-10 avtomobil markaları belədir: "Toyota" - 9,09 milyon ədəd (- 0,7%); "Volkswagen" - 4,93 milyon (+ 0%); BYD - 3,80 milyon (+ 41,6%); "Honda" – 3,74 milyon (- 3,1%); "Ford" – 3,69 milyon (- 0,9%); "Hyundai" - 3,69 milyon (- 3,7%); "Nissan" - 3,13 milyon (+ 0,1%); "Chevrolet" - 3,03 milyon (- 2,9%); "Kia" - 2,91 milyon (- 1,9%); "Mercedes" - 2,18 milyon (+ 1,5%).