Çin “Mach 4” hərbi reaktiv mühərrikini sınaqdan keçirib

01.02.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 fevral, AZƏRTAC

Çinin Taihang Milli Laboratoriyasının Aerokosmik Mühərrik Tədqiqat Mərkəzinin mütəxəssisləri süni intellekt texnologiyası ilə təchiz edilmiş “Mach 4” mühərrikinin yerüstü sınaqlarını uğurla başa çatdırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, adı açıqlanmayan mühərrik hərbi məhsul üçün “təchizat zəncirinin 100% lokallaşdırılması” tələblərinə cavab verir. Taihang Milli Laboratoriyası Çinin J-20 döyüş təyyarələrini gücləndirən “Taihang” seriyalı təyyarə mühərrikləri üzərində işi ilə tanınır.

Bu sınaqların elanı Çinin uçuş sürəti səs sürətindən dörd dəfə yüksək olan hərbi təyyarə üzərində işlədiyinin ilk rəsmi təsdiqi idi. Qəzet izah edir ki, layihənin məqsədi Amerikanın “SR-71 Blackbird”dən daha sürətli və təkmil olacaq bir təyyarə yaratmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью