Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin elektrikli avtomobil istehsalçısı “Nio”nun “EC6” modeli Şanxayda baş verən ağır yol-nəqliyyat hadisəsində, demək olar ki, yarıya bölünüb.
Avtosfer.az xəbər verir ki, yüksək sürətlə beton maneəyə çırpılan avtomobildə iki sərnişinin olması barədə məlumat yayılı və onların həyatları üçün təhlükə olmadığı açıqlanıb.
Polis faktla bağlı araşdırmanı davam etdirir. Şirkətdən verilən məlumatda bildirilib ki, qəza avtomobilin daxili sistemləri tərəfindən dərha
Qeyd olunub ki, hadisə zamanı sürücüyə heç bir yardım sistemi aktiv olmayıb.
Eyni zamanda, toqquşmadan sonra avtomobilin qapı tutacaqları avtomatik açılıb, batareya paketində isə nə yanğın, nə də istilik sızması qeydə alınıb.
Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə avtomobilin arxa hissəsinin tamamilə parçalanması qəzaya diqqəti artırıb.
Rəsmi məlumatlara görə, toqquşma yüksək sürətlə hərəkət edən “EC6”nın 12 santimetr qalınlığında beton maneəyə çırpılması nəticəsində baş verib.