Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Yay aylarında havanın həddindən artıq istiləşməsi elektrikli avtomobillər üçün əlavə risklər yaradır. Bəs yüksək temperatur batareyanın performansına və təhlükəsizliyinə necə təsir edir? Sürücülər bu dövrdə həm alışma riski, həm də texniki nasazlıqlar baxımından hansı məqamlara daha çox diqqət etməlidirlər?
Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elşad Mirzəyev Demokrat.az-a bildirib ki, istər benzin, istər dizel, istər hibrid, istərsə də plug-in hibrid və elektrikli avtomobillərdə ən vacib məsələlərdən biri elektrik naqilləri və ümumi elektrik sistemidir:
"Avtomobillərə əlavə quraşdırılan işıqlar, siqnal sistemləri və digər cihazlar mütləq şəkildə standartlara uyğun olmalıdır.
Əslində avtomobillərdə baş verən yanma hallarının böyük əksəriyyəti, təxminən 90–99 faizi elektrik naqilləri ilə bağlı problemlərdən qaynaqlanır. Bu problemlərə düzgün qoşulmayan, kifayət qədər bərkidilməyən və ya keyfiyyətsiz materiallardan hazırlanan naqillər, eləcə də standartlara uyğun olmayan lampalar və cihazlar daxildir. Belə hallarda elektrik sistemi üzərində əlavə yük yaranır və bu da qızma və qısaqapanma riskini artırır.
Digər vacib məqam isə qoruyucu sistemlərdir. Avtomobildə quraşdırılan bütün əlavə cihazlar mütləq şəkildə qoruyucular vasitəsilə qoşulmalıdır. Qoruyucusuz quraşdırma ciddi səhvdir, çünki qısaqapanma və ya artıq yüklənmə zamanı həmin qoruyucular sistemi avtomatik olaraq dayandırır və daha böyük zərərin, hətta yanğının qarşısını alır. Qoruyucu olmadıqda isə enerji birbaşa sistemə təsir edir və bu da ciddi təhlükə yarada bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elşad Mirzəyev Demokrat.az-a bildirib ki, istər benzin, istər dizel, istər hibrid, istərsə də plug-in hibrid və elektrikli avtomobillərdə ən vacib məsələlərdən biri elektrik naqilləri və ümumi elektrik sistemidir: