Çin maşınlarının yaralı yeri Bu problemə görə yolda qalırlar | Icma.az
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. Hazırda Bakı və Abşeron ərazisi adeta Çin avtomobillərinin sınaq meydançasına çevr
Dünyanın bir çox ölkələrində olduğu kimi, burada da Çin markalı avtomobillər bazarda üstünlük qazanıblar.
Paytaxt və ətraf qəsəbələrdə yollarda hər üç avtomobildən ikisinin Çin istehsalı olması artıq adi mənzərəyə çevrilib.
Ölkə.az xəbər verir ki, istehsal keyfiyyətinə görə Avropa markalarından geri qalmasına baxmayaraq, bu avtomobillər müasir dizaynı, texnoloji funksiyaları və münasib qiymətləri ilə alıcıların marağını cəlb edir.
Lakin avtomobil mütəxəssisləri bu markaların bəzi texniki çatışmazlıqlarına da diqqət çəkirlər.
Avtomobil eksperti Seymur Nağıyev bizimmedia-ya açıqlamasında bildirib ki, Çin avtomobillərinin əsas zəif tərəfləri mühərrik sistemi, sürətlər qutusu və material keyfiyyəti ilə bağlıdır: "Unutmaq olmaz ki, bu avtomobillərin əksəriyyətində CVT və ya robotlaşdırılmış sürətlər qutusu quraşdırılıb.
Buna görə bəzən ötürmələrdə gecikmə və ilişmə halları müşahidə olunur. Lakin ən çox qarşılaşılan problem yanacaq sistemindədir.
Aşağı keyfiyyətli yanacaqdan istifadə olunduqda zəifliklər daha tez üzə çıxır.
Tam oxu
Xəbəri oxu