Çin Maska meydan oxuyur: Kosmosda mərkəz qurur

29.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Çin növbəti beş il ərzində kosmik süni intellekt məlumat mərkəzləri istifadəyə verməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Çinin CCTV dövlət televiziyası məlumat yayıb.

“Çinin əsas kosmik podratçısı olan Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) beş illik inkişaf planına əsasən, giqavatt sinifli kosmik rəqəmsal kəşfiyyat infrastrukturu quracağına söz verib.

Yeni kosmik məlumat mərkəzləri hesablama gücünün, saxlama tutumunun və ötürmə bant genişliyinin dərin inteqrasiyasına nail olacaq və Yer kürəsindən gələn məlumatların kosmosda emal olunmasına imkan verəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask da “SpeysX” məlumat mərkəzlərini kosmosa yerləşdirməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью