Статья не опубликована
Çin MN: ABŞnin ən böyük düşməni özüdür | Icma.az

Çin MN: ABŞnin ən böyük düşməni özüdür

26.12.2024

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ-nin ən böyük düşməninin özüdür".

Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Zanq Xiaoqanq bildirib.

“ Birləşmiş Ştatlar hərbi xərclərə görə dünyada birinci yerdədir və ildən-ilə artırmağa davam edir. Bu, onların müharibədən asılılığını, ekspansionist və hegemon mahiyyətini tam açıb göstərir. Bu gün Birləşmiş Ştatlar dünyada bir çox müharibə və münaqişələrin arxasındadır”, - deyə o, departamentin saytında dərc olunan mətbuat konfransında bildirib.

Xiaoqanq bildirib ki, Vaşinqtonun 2001-ci ildən bəri başlatdığı silahlı münaqişələr yüz minlərlə insanın ölümü, milyonlarla insanın yaralanması və on milyonlarla mülki insanın didərgin düşməsi ilə nəticələnib.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью