Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Tramp administrasiyası Ukraynada müharibəni tezliklə bitirmək, əgər bu mümkün olmasa, danışıqlardan çıxaraq diqqəti Çinə yönəltmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio “Fox News”-a müsahibəsində Çinin ABŞ üçün Ukraynadakı müharibədən daha vacib olduğunu deyib.
"Elə bir zaman gələcək ki, Prezident Tramp hökumətimizin ən yüksək səviyyələrində(Ukraynaya) nə qədər vaxt sərf edəcəyinə qərar verməli olacaq. Bu, Ukraynadakı müharibənin əhəmiyyətsiz olması demək deyil. Bununla belə, qeyd edərdim ki, Çinlə baş verənlər uzunmüddətli perspektivdə dünyanın gələcəyi üçün daha vacibdir", - o vurğulayıb.
“AzPolitika.info”