Çin neft müqabilində İran üçün infrastruktur qurur

06.10.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İran neftinin Çinə tədarükü barter sistemi ilə həyata keçirilir və bu sistem çərçivəsində Çin İranda infrastruktur qurur.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən məlumat verib.

Onların sözlərinə görə, İranın neft tədarükü prosesində Çinin "Sinosure" sığorta şirkəti və "Chuxin" maliyyə qurumu iştirak edir.

Əməliyyatlar beynəlxalq bank sistemindən yan keçir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir.

Məsələn, keçən il İran nefti üçün təqribən 8,4 milyard dollar ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Nəşr qeyd edir ki, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.

Üstəlik, Çinin İslam Respublikasında infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.

İnfrastruktur tikintisinə kömək etməklə yanaşı, İran neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün istifadə edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью